"ABŞ Çindən idxal olunan mallara tarifləri artırmaqla yanaşı, Çinə qarşı digər məhdudlaşdırıcı tədbirlər də tətbiq edə bilər".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio "Fox News"a müsahibəsində bildirib.
O, Pekinə qarşı yeni tədbirlərin mümkünlüyü barədə suala “Bəli, fırıldaq və oğurluq etməyə davam etsələr olacaq” deyib.
Fevralın 4-də ABŞ Çindən idxal olunan mallara 10% rüsum tətbiq edib. Ağ Ev ABŞ prezidenti Donald Trampın yaxın günlərdə çinli həmkarı Xi Jinping ilə telefon danışığı aparacağını bildirib.
Çin buna cavab olaraq ABŞ-ın kömür və mayeləşdirilmiş təbii qazına 15%, həmçinin xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə 10% tariflər tətbiq edib. Çinin Maliyyə Nazirliyi ABŞ-dan idxal olunan mallara yeni tariflərin fevralın 10-dan qüvvəyə minəcəyini açıqlayıb.