AZ

Əmlakın yanğından və risklərdən sığortası üzrə ödənişlər 20 dəfə azalıb

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən əmlakın yanğından və digər risklərdənsığortası üzrə yığımların həcmi 89 milyon manata çatıb.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından3,8 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləritoplanmış sığorta haqqından 85,2 milyon manat və ya 23,6 dəfə azolub.

Ötən il əmlakın yanğından və digər risklərdən sığortası üzrəyığımlar əvvəlki illə müqayisədə 14 milyon manat və ya 18,7% artıb.Bu sığorta növü üzrə ödənişlər isə illik müqayisədə 71,6 milyonmanat, yaxud da 20 dəfə az olub. Belə ki, 2023-cü ildə əmlakınyanğından və digər risklərdən sığortası üzrə yığımların həcmi 75milyon manat, ödənişlərin həcmi isə 75,4 milyon manat təşkiledib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarınınümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəkigöstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumihəcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4milyon manat və ya 28,1% artım deməkdir.

Seçilən
4
1
az.trend.az

3Mənbələr