AZ

Gənc şəhidin anası vəfat etdi - FOTO

20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhid olan Tuncay Əlizadənin anası vəfat edib.

Modern.az-ın məlumatına görə, şəhidin anası Rəna xanım uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Tuncay Əlizadə 25 noyabr 2004-cü il Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. O, Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Tuncay Əlizadə ölümündən sonra "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

1414620

Seçilən
10
9
modern.az

10Mənbələr