AZ

Daha bir şəhid anası vəfat etdi

2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olmuş Tuncay Əlizadənin anası Rəna xanım vəfat edib.

“Cebheinfo.az” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Xatırladaq ki, Əlizadə Tuncay Nicad oğlu 25 noyabr 2004-cü il Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. 20 sentyabr 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, ötən gün Vətən müharibəsi şəhidi Mehrab Əliyevin anası Almaz Əliyeva da dünyasını dəyişib.

“Cebheinfo.az”

Seçilən
7
9
cebheinfo.az

10Mənbələr