AZ

Şəhid anası vəfat etdi - FOTO

Şəhidimiz Tuncay Əlizadənin anası Rəna xanım vəfat edib.

Bu haqda şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu özünün "facebook" səhifəsində məlumat yayıb. 

 

Xatırladım ki, Əlizadə Tuncay Nicad oğlu 25 noyabr 2004-cü il Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olmuşdur.

20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Tuncay Əlizadə ölümündən sonra "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Subay idi.

Bütün şəhidlərimizin ruhu şad olsun.

Vasif ƏLİHÜSEYN

Bir

Seçilən
25
9
redaktor.az

10Mənbələr