“Son illər biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantika Şuranın iclasında çıxışı zamanı deyib.
“Biz hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və indi həmin müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik. Yekun razılığa gəlməli olduğumuz iki bənd isə qalıb. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan qeyd edib ki, biz Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılmasında beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı.
Daşqın HəsənovMissiya.Az