AZ

Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik

Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Bizim daha iki sərhədimiz var: Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, əməkdaşlıq edirik, iki qonşumuz Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantika Şurası çərçivəsində çıxışı zamanı deyib.

“Son illər biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik. Hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və biz indi həmin müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik və hələ də yekun razılığa gəlməli olduğumuz iki bənd qalıb. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq. Əlbəttə, biz Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılmasında beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı.

Türkiyə ilə kifayət qədər fəal dialoqumuz var. Son illərdə Türkiyə prezidenti ilə bir neçə görüş keçirmişəm, Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmişəm, biz bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşük və birinci mərhələdə sərhədlərimizi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaqla bağlı çox konkret razılaşmamız var və ümid edirik ki, bu sazişin ən qısa zamanda həyata keçirilməsinə nail olacağıq. Biz bu istiqamətdə işləyirik”, - Paşinyan deyib.

Seçilən
7
5
publika.az

7Mənbələr