PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib. "Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda keçirilir və bizim üçün bu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həm çox sevindirici, həm də çox qürurverici haldır." - Cəlal Qasımov bildirib. Qeyd edək ki, tədbir qlobal və yerli spikerlərin çıxışları ilə yadda qaldı. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzular müzakirə edildi. Forum iştirakçıları arasında müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar və innovativ həll yolları üzərində dayanaraq, rəqəmsal ekosistemin inkişafı və hüquqla inteqrasiyası, eləcə də yeni texnologiyaların qanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparılıb. Tədbirin ən maraqlı məqamlarından biri isə, robot Sofiyanın iştirakı oldu. O, hüquq və innovasiyaların birgə inkişaf edərək gələcəyin qanunvericiliyini necə formalaşdıra biləcəyini nümayiş etdirdi. LEGIS Hüquq Forumu, hüquq sahəsində yeni perspektivlər açaraq, bilik və təcrübə mübadiləsini təşviq etdi, eləcə də gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaratdı. Reklam hüququnda
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta