AZ

PAŞA Holding-in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS Hüquq Forum”u keçirildi (FOTO)

Bakı. Trend:

5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəməşirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları,ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGISHüquq Forum”u uğurla başa çatdı.
Sözügedən forum Azərbaycanda bu silsilədən ilk tədbir olaraq,dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, həmçinin 500-ə yaxınhüquq peşəkarını bir araya gətirən tədbir oldu.

Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusuüzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçünbilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarınımüzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçündinamik bir platforma yaratmaq idi.

Tədbirin açılış mərasimində Azərbaycan Republikasınınİqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan RespublikasınınƏdliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsininmüdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroruKamran Əliyev, Azərbaycan Respublikasın Milli Məclisinin Hüquqsiyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞAHolding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞAHolding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoruAytac Qasımova çıxış ediblər.

PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışındaforumun əhəmiyyətini yüksək dəyərləndirib. "Ölkəmizdə ilk dəfəolaraq hüquq mövzusunda belə miqyasda keçirilir və bizim üçün buforumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həm çoxsevindirici, həm də çox qürurverici haldır" - Cəlal Qasımovbildirib.

Qeyd edək ki, tədbir qlobal və yerli spikerlərin çıxışları iləyadda qaldı. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığınınhüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqiçərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinətəsiri kimi aktual mövzular müzakirə edildi. Forum iştirakçılarıarasında müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar vəinnovativ həll yolları üzərində dayanaraq, rəqəmsal ekosistemininkişafı və hüquqla inteqrasiyası, eləcə də yeni texnologiyalarınqanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparılıb.

Tədbirin ən maraqlı məqamlarından biri isə, robot Sofiyanıniştirakı oldu. O, hüquq və innovasiyaların birgə inkişaf edərəkgələcəyin qanunvericiliyini necə formalaşdıra biləcəyini nümayişetdirdi.

LEGIS Hüquq Forumu, hüquq sahəsində yeni perspektivlər açaraq,bilik və təcrübə mübadiləsini təşviq etdi, eləcə də gələcəkəməkdaşlıqlar üçün möhkəm zəmin yaratdı.

PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
Məqalədə:
Seçilən
8
7
az.trend.az

8Mənbələr