AZ

Şagirdlər iki ay məktəbə gəlmədi: yoxlamalar başladı – FOTO

  Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb.

Referans.az bildirir ki, bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

“Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə dərc olunan məlumata əsasən bildiririk ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb. Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə Samux rayonu E. İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə davamiyyətin aşağı olduğu ilə bağlı məlumat yayılıb./globalinfo.az  


Seçilən
0
14
referans.az

10Mənbələr