AZ

Bu məktəbdə yoxlamalar BAŞLADI

Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, məsələ ilə əlaqədar olaraq sözügedən məktəbdə kompleks yoxlamalara başlanılıb.

Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Seçilən
0
14
azedu.az

10Mənbələr