Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb. Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məsələ ilə əlaqədar olaraq sözügedən məktəbdə kompleks yoxlamalara başlanılıb. Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.