AZ

Bu məktəbdə yoxlamalar keçirilir

Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.


Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məsələ ilə əlaqədar olaraq sözügedən məktəbdə kompleks yoxlamalara başlanılıb.


Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Seçilən
2
14
news365.az

10Mənbələr