Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.
Apasport.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
(70 kq) çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov qızıl medala sahib çıxıb.
İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.
Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, “Zaqreb Open” fevralın 5-dən 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan çempionatına start verilib
Sərbəst güləşçilərimizdən 3 medal
Güləş seminarı Qubada
İki güləşçimizdən medal