AZ

Azərbaycan güləşçiləri “Zaqreb Open”in ilk günündə 5 medal qazandılar

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günü güləşçilərimiz üçün uğurlu alınıb.

Yenisabah.az xəbər verir ki, sərbəst güləş millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.

İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.

Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.

“Zaqreb Open” fevralın 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.


Telegram kanalımız
Seçilən
95
9
yenisabah.az

10Mənbələr