AZ

Güləşçilərimiz “Zaqreb Open”in ilk günündə 5 medal qazanıblar

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.

Sərbəst güləş millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov qızıl medala sahib çıxıb.

İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.

Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.

“Zaqreb Open” fevralın 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.

Seçilən
111
9
cbcsport.az

10Mənbələr