"Araz-Naxçıvan" qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.
Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldovada "Şerif"də çıxış edib.