"Araz-Naxçıvan" qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.
Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin Mətbuat Xidmətindən məlumat yayıb.
Mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldova "Şerif"ində çıxış edib.
Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək "Qəbələ"nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.
Milli.Az