AZ

Rəsmən "Araz-Naxçıvan"da!

"Araz-Naxçıvan" qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.

Gundem.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin Mətbuat Xidmətindən məlumat yayıb.

Mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldova "Şerif"ində çıxış edib.

Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək "Qəbələ"nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.

Seçilən
40
11
gundem.az

10Mənbələr