AZ

"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bugünədək görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb - Seymur Adıgözəlov

Bakı. Trend:

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bugünədək görülmüşişlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiyayatırılıb.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isəhazırda 16 rezidenti və 2 qeyri-rezidenti var:

"Bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çoxdaimi iş yerinin yaradılması nəzərdə tutulur".

"Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlərtərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-əyaxın daimi iş yeri yaradılıb. Parkın 30%-dən çox hissəsisahibkarların istifadəsinə verilib", - deyə S.Adıgözəlovvurğulayıb.

Seçilən
67
5
az.trend.az

7Mənbələr