AZ

"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəolan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16rezidenti və 2 qeyri-rezidenti var.

İZİA-dan Trend-ə verilənməlumata görə, bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkınaümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması,1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Məlumata görə, bugünədək Sənaye Parkında görülmüş işlərərezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiyayatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinəverilib.

Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir, 5-dən çoxmüəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir.

Seçilən
19
4
az.trend.az

7Mənbələr