AZ

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16 rezidenti və 2 qeyri-rezidenti var.

FED.az xəbər verir ki, Agentliyin məlumatına görə, bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər isə davam etdirilir.

Seçilən
15
4
fed.az

7Mənbələr