Əgər İsrail bunun qarşısını almasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edə bilərdi...
Poliqon xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.
“İranın nüvə silahı əldə edəcəyinə şübhə yoxdur. Onların qarşısını almaq üçün müxtəlif tədbirlər görməsəydik, yəqin ki, 10 il əvvəl orada olardılar”, o, deyib.
"Biz onları yavaşlatdıq, lakin onları tamamilə dayandırmadıq", Netanyahu əlavə edib.
İddia olunur ki, Netanyahu ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı onu İsrail ordusunu İranın yerin dərinliklərində yerləşən nüvə obyektlərini məhv edə biləcək silahlarla təmin etməyə inandırmağa çalışıb.
Poliqon.info