Fələstinin radikal HƏMAS hərəkatı ilə mübarizə aparmaq üçün ABŞ administrasiyasının Qəzza zolağına Amerika qoşunlarını göndərməsinə ehtiyac yoxdur, çünki bu, İsrailin vəzifəsidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.
"Düşünürəm ki, ABŞ prezidenti Donald Tramp HƏMAS-ı məhv etmək missiyasını yerinə yetirmək üçün Amerika əsgərlərinin göndərilməsindən danışmayıb. Bu, bizim öhdəliyimizdir və biz buna tam sadiqik", - o deyib.