AZ

Braziliyada təyyarə qəzası: tələfat var

Braziliyanın San-Paulu şəhərində ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Editor.az bildirir ki, bu barədə ölkənin yanğınsöndürmə xidməti G1 məlumat yayıb. Portalın məlumatına görə, qəza zamanı təyyarə avtobusun üzərinə düşüb. Yanğınsöndürənlər dəqiqləşdiriblər ki, həlak olanlar təyyarədə olan sərnişinlərdir. Təyyarənin dağıntıları altında qalan avtobus sürücüsü və motosikletçi yaralanıb.

Səkkiz nəfərlik King Air F90 yerli vaxtla səhər saat 7:15 radələrində Campo de Marte hava limanından havaya qalxıb və Porto Aleqriyə doğru yola çıxıb. Portalın məlumatına görə, təyyarə uçuş-enmə zolağına təcili eniş edə bilməyib. Təyyarə yerli vaxtla səhər saat 7:20-də San-Paulonun qərb hissəsindəki Barra Funda prospektində qəzaya uğrayıb. San-Paulu ictimai təhlükəsizlik katibi Guilherme Derrite bildirib ki, qəza yerinə yeddi yanğınsöndürən maşını və həkimlər, həmçinin hərbi və mülki polis göndərilib. Ölkənin Hərbi Hava Qüvvələri insidentin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
41
editor.az

10Mənbələr