AZ

İki təyyarə toqquşdu: Ölən var

ABŞ-nin Arizona ştatının Skottsdeyl şəhərinin hava limanında iki təyyarənin toqquşması nəticəsində bir nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə ABC telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, uçuş-enmə zolağından kənara çıxan təyyarə digər parklanmış təyyarə ilə toqquşub.

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi "X"də Skottsdeyl hava limanına uçuşların müvəqqəti dayandırıldığını və hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.

\\Report

Seçilən
3
5
news24.az

10Mənbələr