AZ

KİV: Arizonada iki təyyarə toqquşub, ölən var

ABŞ-nin Arizona ştatının Skottsdeyl şəhərinin hava limanında iki təyyarənin toqquşması nəticəsində bir nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə ABC telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, uçuş-enmə zolağından kənara çıxan təyyarə digər parklanmış təyyarə ilə toqquşub.

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi "X"də Skottsdeyl hava limanına uçuşların müvəqqəti dayandırıldığını və hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.

Seçilən
0
5
far.az

10Mənbələr