AZ

Rahil Məmmədov “Şlask”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025-ci illər mövsümünün 20-ci turunun oyunları keçirilib.

Rahilin komandası doğma meydanda “Şlask”la qarşılaşıb. “Radomyak” yekunda 1 xalla kifayətlənib – 1:1. Rahil bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.

“Radomyak” 20 turdan sonra topladığı 21 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Məmmədovun komandası 20 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 13 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.

Seçilən
57
1
arena.az

2Mənbələr