AZ

Rahil Məmmədovun komandası “Legiya”ya qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədovun komandası “Radomyak” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025-ci illər mövsümünün 22-ci turun oyunları keçirilib.

Radom klubu doğma meydanda “Legiya” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda “Radomyak” inamlı qələbəyə sevinib – 2:1.

Rahil bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

Rahil Məmmədovun komandası 22 turdan sonra topladığı 24 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Radomyak” 22 oyunda 7 qələbə qazanıb, 3 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 14 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.

Seçilən
20
3
arena.az

4Mənbələr