AZ

Britaniyanın Kayman adaları sahillərində 7,6 maqnitudalı zəlzələ olub

Britaniyanın Kayman adaları sahillərində 7,6 maqnitudalı zəlzələ qeydə alınıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 29 min nəfərin yaşadığı Corctaun şəhərindən 210 km cənub-qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
128
5
nocomment.az

10Mənbələr