AZ

Premyer Liqa: 22-ci tura Şamaxıda start verilir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Şamaxı” “Sumqayıt”ı qəbul edəcək. Bu matçı Rəvan Həmzəzadə idarə edəcək.

“Şamaxı” ilə “Sumqayıt” daha öncə 45 oyunda üz-üzə gəliblər. Bu oyunlarda “Şamaxı” 19, “Sumqayıt” 13 qələbəyə sevinib. Daha 13 matçda heç-heçə qeydə alınıb. Son 8 oyunda meydan sahibi olan tərəf uduzmayıb. “Şamaxı” evdəki son iki matçda qol buraxmayıb.

Qeyd edək ki, son turlarda hər iki komanda uğursuz nəticələri ilə diqqət mərkəzindədir. “Sumqayıt” 5 oyundur qələbə qazana bilmir. “Şamaxı” isə son üç matçında ardıcıl məğlubiyyətlərə üzülüb. Bu üzdən hər iki komanda qalib gəlməklə uğursuz gedişata son qoymağı hədəfləyib.

Günün digər oyunu “Sabah”la “Turan Tovuz” arasında olacaq. Bu görüşdə İnqilab Məmmədov söz sahibi olacaq. “Sabah” 4 oyundur qələbə qazana bilmir. Vasili Berezutskinin növbəti məğlubiyyət nəticəsində paytaxt təmsilçisindən qovulması da istisna edilmir. “Turan Tovuz” isə son turda “Səbail”lə oyunda xal itirib.

“Sabah”la “Turan Tovuz” daha öncə 10 oyunda qarşılaşıblar. Bu oyunlarda “bayquşlar” 4 qələbə qazanıblar. 3 oyun bərabərliklə bitibsə, 3 oyunda tovuzlular qalib gəliblər. Son iki görüşdə heç-heçə qeydə alınıb. “Turan Tovuz” son 6 qarşılaşmada qol vurub.

Premyer Liqa
22-ci tur

9 fevral

“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultanı.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Masazır Arena”, 17:00.

10 fevral

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Mərdəkan. “Dalğa Arena”, 16:00.

“Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

11 fevral

“Qarabağ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Seçilən
67
2
arena.az

10Mənbələr