"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu, 40 yaşlı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləni uzatmaq barədə razılığa gəlib...
Poliqon xəbər verir ki, bu barədə Arriyadiyah nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, müqavilənin müddəti 2026-cı ilə qədər olacaq və müqavilənin şərtləri olduğu kimi qalacaq. Hazırkı müqaviləyə əsasən, Ronaldo ildə 200 milyon avro alır.
Futbolçunun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir. Media daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, Ronaldo klubun 5%-lik səhminin sahibi olacaq.
Ronaldo karyerasının böyük hissəsini 2009-2018-ci illərdə "Real Madrid"də keçirib. Komanda ilə birlikdə iki dəfə İspaniya çempionu, iki dəfə ölkə kubokunun qalibi, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi olub.
2023-cü ilin yanvarında Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və "Əl-Nəsr"lə müqavilə bağlayıb. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya güzəşt edilib və övladlarının anası Corcina Rodrigeslə birgə yaşamağa icazə verilib.
Poliqon.info