“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo CV-sində dünya çempionatında qalibiyyətin olmamasından danışıb.
Publika.az xəbər verir ki, o, eləcə də 2026-cı il dünya çempionatında iştirak imkanını şərh edib:
“Karyeramı uğurlu hesab etmək üçün dünya çempionatını qazanmalı olduğumu söyləməyim haqsızlıq olardı. Fiziki və əqli cəhətdən yaxşı formada olsam və milli komandanın xidmətimə ehtiyacı olsa, 2026-cı il dünya çempionatında oynamağa hazır olacam”.