AZ

Adnan Menderes hava limanında sərnişindaşıma 1 milyon nəfərə yaxınlaşıb

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Türkiyənin Adnan Menderes HavaLimanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü iləmüqayisədə 14 faiz artaraq, 840 min 145 nəfər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilinanaloji dövrü ilə müqayisədə 7 faiz artaraq, 586 min 69 nəfər,beynəlxalq reyslər üzrə isə 32 faiz artaraq 254 min 76 nəfər təşkiledib.

2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cüilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 10 min 804 tontəşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrüilə müqayisədə 2 faiz artaraq, 6 min 642 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 31 faiz artaraq, 4min 162 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayındahəyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı iləmüqayisədə 16 faiz artaraq, 5 min 846 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 12 faiz artaraq, 4 min17, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq min 829 olub.

2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə365 min 389 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə:
Seçilən
9
25
az.trend.az

10Mənbələr