Bakı. Trend:
2025-ci ilin yanvar ayında Türkiyənin Antalya Hava Limanınagələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2faiz artaraq, 1 milyon 20 min 962 nəfər olub.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilinanaloji dövrü ilə müqayisədə 4 faiz artaraq, 491 min 309 nəfər,beynəlxalq reyslər üzrə isə 0,2 faiz azalaraq 529 min 653 nəfərtəşkil edib.
2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cüilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 11 min 177 ton təşkiledib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanınındaxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü iləmüqayisədə 0,1 faiz artaraq, 4 min 190 ton, beynəlxalq reyslər üzrəyük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz artaraq, 6 min 988ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayındahəyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı iləmüqayisədə 1 faiz artaraq, 8 min 5 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq, 3 min892, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 4 min 113olub.
2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə365 min 389 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.