"Biləsuvarda şagirdin intihar etməsi ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsində araşdırma aparılır".
Bu barədə Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
"Biləsuvarda şagirdin (müəyyən səbəblərdən ad və soyad qeyd edilmir ) intihar etməsi barədə məlumatlıyıq. Hadisə ilə bağlı hazırda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - deyə qurumdan bildirilib.
***
Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.
Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.
Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta