Biləsuvarda canına qəsd edən şagirdlə bağlı daha bir detal məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə Simuzər Heydərova Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdi imiş.
O, 1993-cü ilin 15 avqustunda torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Zaur Muxtar oğlu Heydərovun ailə üzvüdür.
Qeyd: Simuzər Heydərova 11-ci sinif şagirdi olub. Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.
Xatırlatma: Hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
Simuzər Heydərovanın fotosunu təqdim edirik
Tarix: 10 Fevral 2025, 16:37