AZ

Bullinqə məruz qalaraq özünə qəsd edən məktəbli qızın FOTOSU

Biləsuvarda canına qəsd edən şagirdlə bağlı daha bir detal məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə Simuzər Heydərova Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdi imiş.

O, 1993-cü ilin 15 avqustunda torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Zaur Muxtar oğlu Heydərovun ailə üzvüdür.

Simuzər Heydərovanın fotosunu təqdim edirik:

Aytac Qasımova

“Biləsuvarda şagirdin intihar etməsi ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsində araşdırma aparılır”.

Bu barədə Oxu.Az-a Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

“Biləsuvarda şagirdin intihar etməsi barədə məlumatlıyıq. Hadisə ilə bağlı hazırda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə qurumdan bildirilib.

Aygün Mirakif

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
41
2
editor.az

10Mənbələr