UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün keçiriləcək 4 oyunla start veriləcək.
“Report”un məlumatına görə, Fransanın PSJ klubu səfərdə Liqa 1-in digər təmsilçisi “Brest”lə üz-üzə gələcək.
İngiltərənin “Mançester Siti” komandası evdə İspaniya “Real”ını, “Yuventus” (İtaliya) isə PSV-ni (Niderland) qəbul edəcək.
Almaniya təmsilçisi “Borussiya” (Dortmund) səfərdə “Sportinq”lə (Portuqaliya) üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
11 fevral
21:45. "Brest" (Fransa) - PSJ (Fransa)
00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)
00:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
00:00. "Yuventus" (İtaliya) - PSV (Niderland)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.