AZ

“Mançester Siti” Çempionlar Liqasında “Real”a qarşı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə (1/16 final) start veriləcək.

Arena.az xəbər verir ki, bu mərhələnin ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

Fransanın PSJ klubu səfərdə Liqa 1-in digər təmsilçisi “Brest”lə üz-üzə gələcək.

İngiltərənin “Mançester Siti” komandası evdə İspaniya “Real”ını qəbul edəcək. İtaliya nəhəngi “Yuventus” isə doğma meydanda PSV-ni (Niderland) sınağa çəkəcək.

Almaniya təmsilçisi “Borussiya” (Dortmund) səfərdə “Sportinq”lə (Portuqaliya) üz-üzə gələcək.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
11 fevral

21:45. “Brest” (Fransa) – PSJ (Fransa)
00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland)

Seçilən
2
6
arena.az

10Mənbələr