AZ

Gəncədə 37 yaşlı kişi bıçaqlanıb, qohumu tutulub

Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 56 yaşlı Qinyaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, fevralın 10-da saat 23:30 radələrində 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona sağ döş qəfəsinin daxilə keçmiş kəsilmiş, deşilmiş yarası diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir", məlumatda deyilir.
 
 
 

Seçilən
1
3
7news.az

7Mənbələr