Gəncədə 68 yaşlı kişini it parçalayıb.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Natavan qəsəbəsində yaşayan 68 yaşlı Kərəm Səfərov küçə itlərinin hücumuna məruz qalıb. Bədəninin bir çox nahiyyəsindən xəsarət alan şəxs təcili olaraq xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirlib.
Hazırda yaralının vəziyyəti ağır qiymətləndirilir.