AZ

Frank De Bleker etiraf etdi: "Sabah" - "Turan Tovuz" matçında hakim səhvi olub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Misli Premyer Liqasının XXII turunda keçirilən "Sabah" - "Turan Tovuz" (2:1) oyunundakı mübahisəli epizodlara aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qarşılaşmada baş verənlərə şərh verib.
Mütəxəssis qurumun mətbuat xidmətinə açıqlamasında öncə 58-ci dəqiqədə yaşananlara aydınlıq gətirib:
"Meydanın "Sabah"a aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və "Sabah"a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə verir. Oyun yenidən bərpa olunur (yeni hücumun başlama fazası) və "Sabah" hücumun sonunda qol vurur. Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa "Sabah"ın yeni hücumunun başlanğıc mərhələsidir".
De Bleker 90+5-ci dəqiqədəki mübahisəli məqama da toxunub:
"VAR müdaxilə edir. Qayda pozuntusu baş verir ("Sabah"ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra "Sabah"ın vurduğu qolu ləğv edir. Hər iki halda VAR düzgün olaraq VAR protokoluna əməl etdi".
Qeyd edək ki, "Sabah" "Turan Tovuz"la görüşdə 2:1 hesablı qələbə qazanıb.
Seçilən
33
15
oxu.az

10Mənbələr