AZ

AFFA-dan "Turan Tovuz"un etirazlarına cavab: Qərarlar doğrudur

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının 22-ci turunda keçirilən “Sabah” – “Turan Tovuz” (2:1) oyunundakı mübahisəli epizodları şərh edib.

Publika.az xəbər verir ki, o, əvvəlcə 58-ci dəqiqədəki epizodla bağlı fikirlərini bölüşüb:

"Meydanın “Sabah” komandasına aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir. Oyun yenidən bərpa olunur (yeni hücümün başlama fazası) və “Sabah” hücumun sonunda qol vurur.

Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidir".

Frank De Bleker 90+5-ci dəqiqəki mübahisəli epizodda da doğru qərar verildiyini bildirib:

"VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir.

Seçilən
126
16
publika.az

10Mənbələr