AZ

Azərbaycanda mikro sahibkarlığa verilən kreditlərin həcmi 18,2% artıb

2025-ci il yanvarın 1-nə Azərbaycanda mikro sahibkarlığa verilən biznes kreditlərinin həcmi 3 milyard 107,3 milyon manat təşkil edib.

Finss.az Mərkəzi Bankın aylıq statistik bülleteninə istinadən bildirir ki, bu göstərici aylıq müqayisədə 17 milyon manat (0,6%), illik müqayisədə isə 477,4 milyon manat (18,2%) artıb.

Müqayisə üçün, 2024-cü ilin dekabrında bu rəqəm 3 milyard 90,3 milyon manat, 2024-cü ilin yanvarında isə 2 milyard 629,9 milyon manat idi.

Fuad Mədətov
Finss.az

Seçilən
32
43
fins.az

10Mənbələr