AZ

Azərbaycanda biznes kredit portfeli 17,2% böyüyüb

2025-ci il yanvarın 1-nə Azərbaycan banklarının ümumi biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.

Finss.az Mərkəzi Bankın aylıq statistik bülleteninə istinadən bildirir ki, bu, aylıq müqayisədə 40,5 milyon manat (0,2%), illik müqayisədə isə 2 milyard 170,4 milyon manat (17,2%) artım deməkdir.

Qeyd edək ki, 2024-cü ilin dekabrında biznes kredit portfeli 14 milyard 746,7 milyon manat, ötən ilin eyni dövründə isə 12 milyard 616,8 milyon manat olub.

Fuad Mədətov
Finss.az

Seçilən
10
43
fins.az

10Mənbələr