2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının ümumi kredit portfeli 27 milyard 477,7 milyon manat təşkil edib.
Finss.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 109,6 milyon manat (1,4%), illik müqayisədə isə 4 milyard 294,7 milyon manat (18,5%) artıb.
Qeyd edək ki, 2024-cü ilin dekabrında bu rəqəm 27 milyard 368,1 milyon manat, ötən ilin eyni dövründə isə 23 milyard 183 milyon manat olub.
Fuad Mədətov
Finss.az