AZ

Bakıda yanğın başladı - VİDEO

Bakıda sexdə baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə "Referans"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 ***
Dərnəgül ərazisində güclü yanğın baş verib.

"Referans" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Fövqəladə Hallar Nazirliyindən  "Referans"a  verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda, ilkin məlumata görə sex ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində sexin ərazisində tullantıların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Seçilən
18
19
referans.az

10Mənbələr