AZ

Qazax-Tovuz regionunun "Örnək müəllim"ləri - SİYAHI

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Qazax-Tovuz regionunu əhatə edən həmin 10 müəllimin siyahısı: 

 

1.Günel Hacıyeva - Tovuz rayon Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbdə təşkilatçı müavin və STEAM müəllimi;

2.Turanə Abbasova - Tovuz rayon E.Məmmədov adına tam orta məktəbdə Coğrafiya müəllimi;

3.Şəms Mustafayeva - Əyyublu kənd S.İskəndərov adına tam orta məktəbdə Tarix müəllimi;

4.Səhər İmamverdiyeva - Bayramlı kənd Zahir Yusifov adına tam orta məktəbdə Kimya müəllimi;

5.Aytac Əliyeva - Köçvəlili kənd R.Alıcanov adına tam orta ümumtəhsil məktəbində İnformatika müəllimi;

6.Səkinə Zamanova - Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

7.Rufanə Rzazadə - Şəmkir rayon Düyərli 2 saylı tam orta məktəbdə İbtidai sinif müəllimi;

8.Natiq Məhəmmədli - Şəmkir şəhər 1 nömrəli məktəbdə və Qazax Müəllimlər Seminariyasında Tarix müəllimi;

9.Aysel Alızadə - Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi;

10.Əsli İsgəndərova - Gədəbəy rayon H.Allahyarov adına tam orta məktəbdə Tarix müəllimi.

Seçilən
9
3
azedu.az

9Mənbələr