AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.
Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
Fəaliyyət coğrafiyası Quba-Xaçmaz regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:
1.Hüseynov Anar Ərəstun - Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbində Azərbaycan dili müəllimi;
2.Səmədova Aygün Məmmədmusa - Quba şəhəri Zaur Cəfərov adına 3 saylı orta məktəbdə Rus dili və ədəbiyyat müəllimi;
3.Ülkər Şixməmmədova - Quba rayon Dağlı kənd tam orta məktəbində İbtidai sinif müəllimi;
4.Tehran İsabalayev - Qusar şəhər 1 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;
5.Ülviyyə Mustafayeva - Qusar şəhəri B.Ağaverduyev adına 1 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
6.Osmanov Osman Əhəd - Şabran şəhər 4 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi;
7.Mətanət Qədəşova - Siyəzən şəhər M. Müşfiq adına 2 saylı tam orta məktəb Riyaziyyat müəllimi;
8.Aydın Niftəliyev - Xaçmaz şəhər M.Babayev adına 1 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi;
9.Sərkərova Ofeliya Kəbət - Xudat şəhər Kərim Məhərrəmov adına 3 No-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi və məktəbin direktoru;
10.Ələsgərov Pənah Ələkbər - Xaçmaz rayonu Mehrəliqışlaq kənd Muxtar Osmanov adına ümumi orta məktəbinin direktoru.